Səhərin sübhündə bir dan ulduzu,Gördüm işıq salır Həmayəm indi.Dedim: – Gözəlliyi hardan alıbsan?Dedi: – Həm ulduzam, həm ayəm indi.

Dedim: – Var baratım bir neçə sənə,Dedi: – Şən həyatım bir neçə sənə,Dedim: – Eşqin atın bir neçə sənə,Dedi: – Gözəllikdə Həmayə mindi.

Dedim: – Qızılgülə gülür ha lala,Dedi: – Bülbül həsrət çəkir hal ala,Dedim: – Vəli qiymət verir halala,Dedi: – Öz işindi, həm Ay əmindi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri