Dünya, necə bir gözəlsən,Gələn sevir, bəli, səni.Ala bilmir ağlı çaşır,Düşünürmü dəli səni.

Ağlıkəmlər qəlbə dəyir,Döyür, söyür, qəddin əyir,Zərif insan zər bəzəyir,Zəhmət təri ləli səni.

Dünya malı kimə qalır,Qanlar tökür, canlar alır,Əbəs yerə tamah salır,Sora bilmir zəli səni.

Nə düşünür bilənlərin,Ağlayana gülənlərin,Mənim deyib gələnlərin,Qəti tutmur əli səni.

Mənim deyən dünya mülkü,Özü gedir, qalır kürkü,Nə bilir, nə düşünür ki,Təsvir edə Vəli səni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət