Qocalanda
Heç kimsəni intiqama çəkməsin,İnsana lazımdı var qocalanda.
Dərd üz verib qamətini əyməsin,Yara kəm baxmasın yar qocalanda.
Vaxt gəlib keçəndə quruyur tağlar,Gözəllik donunu soyunur dağlar,Saralır yarpaqlar, pozulur bağlar,Saxlamır budaqlar bar qocalanda.
İtirəndə baharını, yazını,Şeyda bülbül çəkmir gülün nazını,Aşıq yerə qoyur telli sazını,Xanəndə götürmür tar qocalanda.
Vaxt səni mindirsə eşqin atına,Bir dəstə gül gətir el baratına,Bax nazlı afətin boy-büsatına,Yağır saçlarına qar qocalanda.
Vaxt gəlir son qoyur ər savaşına,Zəhər qatır mərd igidlər aşına,İnsafdımı, Qoç Koroğlu başına,Gəlir gen dünyası dar qocalanda.
Dünyanı soruşdum Süleymanından,Dedi, ye malından, sür dövranından,Əzizliklə bəslədiyin canından,Əbədi görməzsən kar qocalanda.
Yüz il gün keçirsən dadlı-məzəli,Torpaqdır insanın axır-əzəli,Bu dərdə dözərmi Miskinli Vəli,Tərlanı bəyənmir sar qocalanda.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-qocalanda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Övladı yetirdin on səkkiz yaşa,Meyli, məhəbbəti yar almasına.
Ya sənəBir isminə beş gözəllik yaraşır,Dildə əzbər məhəbbətdi ya sənə.
Hey dərin-dərinMərfət əhli mərd dolanır dünyada,Məhəbbət düşünər hey dərin-dərin.
Nə zərafətiİblisin, ibnənin, fitnə-fəsadın,Kəsməz şər-böhtanı, nə zər afəti.