Gədə
Sən insansan, insanlığı,Gəl eylə nişan, gədə.Sakit əyləş, yaxşı danış,Çəkin hədyandan, gədə.Cəhd eylə sən həqiqətdən,Layiqincə dərsin al,Çək əlini, ziyan gələr,Şəri-şeytandan, gədə.
Sidqi dillə sığın haqqa,Tez yetişsin dada gəz.Sənətkarsan el içində,Səyyadsan səhrada gəz.Dəryalarca, dənizlərcə,Çalış yaxşı ada gəz.Yaxşı yadigarlar qalar,Yaxşı yazandan, gədə.
Aşıq Vəli el içində,Gedirsən hər yana sən.De, yaxşı yaz, yaxşı yarat,Yayginən cahana sən.Həqiqəti, nəsihəti,Dərk elə insana sən,Hərcayidən kənarda gəz,Gen qaç nadandan, gədə.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-gede
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · İlahi eşq
Hər qulun cahanda bir pənahı var,Hər əhli-halın bir qibləgahı var,
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
Aman, TanrımAtam yoxdu-ata,anam yoxdu-ana...
BağışlaQul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,