Necə candı
Tər məmə, tər sinə, tər əndamına,Bax, necə cavandı, ax, necə candı.Yanağı, dodağı lalə yarpağı,Ətirlər saçandı, güldü, gülşəndi.
Gözləri xumarı qoy deyim barı,Uca dağın qarı, fəslin baharı,Qoynunda nübarı o bir cüt narı,Xəstəyə dərmandı, təzə cavandı.
Vəli de, halına, hər cəlalına,O mah camalına, xəttü-xalına,Dağlar maralına, pür kamalına,Pərvanəm dolandı odlara yandı.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-nece-candi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Payız çatanda axıra boranlı, qarlı qış yetər,Soyuq, yağış, küləkli qar xəlaiqi məlul edər.
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Yaşılbaş sonalar göllərə gəlirGöy buludlar arasından süzülüb,Qatar - qatar nizamlanıb düzülüb,
Hiç kim, ya rəb mənim tək didə pürxun olmasınHiç kim, ya rəb mənim tək didə pürxun olmasın,Duzəqi-ümmid sınmış, qərqi-Ceyhun olmasın.