Dedilər:  Yar yanar yarın halına,Atdı məhəbbəti, mən inanmadım.Dedilər:  Aldanmaz dünya malına,Etdi xəyanəti, mən inanmadım.

Dedilər:  Bahardır gəzək bağları,Dedim:  Kəm taleyin qəm olar yarı,Dedilər:  Pozulmaz əhdi-ilqarı,Çox oldu söhbəti, mən inanmadım.

Dedilər:  Bilirsən, boşalan dolur?Dedim:  Çox görmüşəm açılan solur,Dedilər:  Aləmdə hər zaman olur,Haqqın ədaləti, mən inanmadım.

Dedilər:  Şöhrətin nədir nizamı?Dedim:  Simu-zərdən alır ilhamı,Dedilər:  Zalımı yerbəyer hamı,Sevir, həqiqəti, mən inanmadım.

Dedilər:  Köçəcək Miskinli Vəli,Dedim:  El saxlayar qiymətli ləli,Dedilər:  Şerində əsli-əməli,Yoxdu aqibəti, mən inanmadım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq