Hava, həyat, nazü-nemət,Can-ciyərdi el mənə.Bala kimi qucaqladı,Qolun gərdi el mənə.Həm atadı, həm anadı,Həm bacıdı, həm bala,Hər birisi bir-birindən,Mötəbərdi el mənə.

Həm canımdı, həm qanımdı,Həm şöhrətdi, həm adım.Həm arzumdu, həm diləyim,Həm də könül muradım.Həm duzumdu, həm çörəyim,Həm də kamil ustadım.Həm camaldı, həm kamaldı,Həm də sərdi el mənə.

Miskinli Aşıq Vəliyəm,Sazım qəmə çalmasın.El var olsun, el yaşasın,Eldən geri qalmasın.Günbəgün ellər ucalsın,Məni gözdən salmasın.Həm gövhərdi, həm cövhərdi,

Həm də zərdi el mənə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən