Sən dedin:  Ləblərin şəhdi, şirindi,Mən dedim: – Acıdı, canlar alandı!Sən dedin:  Dünyaya saldığım ündü,Mən dedim: – Şeirdi, ləldi, qalandı!

Sən dedin:  Təbəssüm yaxşıdı üzdə,Mən dedim: – Məhəbbət görünür gözdə,Sən dedin:  Cavanlıq qalarmı bizdə?Mən dedim: – İnanma, sözdü, yalandı!

Sən dedin:  Vəlini salmırsan yada,Mən dedim: – Atlıya çatmaz piyada!Sən dedin:  Gözəllik külli-dünyada,Mən dedim: – Bir düşün kimə qalandı!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri