Bülbül ötməz zimistanda,Nəğmə deməz güldən ayrı,Qəlbi yanan bir dahanda,Nə söyləyir dildən ayrı.

Hər nə gətirsən xəyala,Qatma başın qalmaqala,İnsan çatammaz cəlala,Ağıl, mərfət, əldən ayrı.

Xainlərin özü nədi?Boşluq sevən gözü nədi?Vəli sazı, sözü nədi?Şən məclisdən, eldən ayrı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri