Günəş kimi gül camalı,Gözəl işıq salan oldu,Ağ üzündə qara xalı,Xətt yazılmış elan oldu.

Yayıldı şanı, şöhrəti,Aləmi tutdu ziynəti,

Odu, eşqi, məhəbbəti,Ürəyimdə qalan oldu.

Oda yandırdı Vəlini,Tərk elədi öz elini,Ayrılığın təbilini,Qəm bəhrini çalan oldu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri