Bir ağac bəslədim bağın ziynəti,Ləzzəti pətəkdə bala sinadər.Onun budağında iki meyvə var,Gör hansı gərəkdi bala sinadər.

Könlüm arzu edir bir ana gəlsin,Dərdimin dərmanı bir ana gəlsin,Yüz min bala getsə bir ana gəlsin,Yüz min də yetirir bala sinadər.

Vəli, al dərsini bir sin içində,Bir sığın haqqına bir sin içində,Sənə min dərd olar bir sin içində,Aparsan özünnən bala sinadər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri