Ağa əzə, nökər gərək,Dözə bayram günləri.Kabab ola haqsız yana,Közə bayram günləri.Yaman gündən qurtarmaya,Ax-vay ilə dolana,Şirin canın bəylər üçünÜzə bayram günləri.

Yoxsulların hamsı belə,Açılmaz düyündədi.Ağı-ağrı cəsədində,Qamçının göyündədi.Zəhmətinin bəhri-barı,Varlının evindədi.Yeyə, içə, deyə, gülə,Süzə bayram günləri.

Diqqət yetir kasıblara,Qazandığı bir vara.Yemək üçün əl uzatsa,Dərhal çəkərlər dara.Əkir, biçir hər məhsulu,Yığır, vurur anbara.Nökər yenə pis görünür,Gözə bayram günləri.

Ağaların məhəbbəti,Şən süfrədə, aşdadı.Kababdadı, şərabdadı,Dolmada, bozbaşdadı.Badə gəldi, mey süzüldü,Bəylər, xanlar başdadı.Məzələnə, divan tuta,Bizə bayram günləri.

Zülmü-sitəm, istibdad,Zalım çarın vaxtıdı.Əzəl gündən qara gələn,Kasıbların baxtıdı.

Miskinli muzdur Vəlinin,Yazın, ölüm aktıdı,Kəsin axsın qızıl qanı,Düzə bayram günləri.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri