Bir kimsənin ağlı getsə sərindən,Onu salar hər diyara çətindi.Mənəm-mənəm deyib özündən çıxan,Öz gününü eylər qara çətindi.

Kəm ağıl məni də gətirsə dəmə,Neçə dağlar yersiz çəkər sinəmə,Yığılar məxluqat, olar məhkəmə,Nüsrət yolu günahkara çətindi.

Eşit sözlərimi unutma qəti,Düzlükdədir insanlığın ziynəti,Hakim sanmırsansa sən həqiqəti,Ədalət olmağa çara çətindi.

Alim gördü oxuyanı, yazanı,Nəyə bənzədərlər yoldan azanı,

Atalar demişdir quyu qazanıÖzü düşər üzüqara çətindi.

Vəli, de sözünü, yetir isbata,Qail ol zəhmətə, haqqa, barata,Oğru, əyri olan qayğısız ata,Tərbiyəsi uşaqlara çətindi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət