Yaxşı olsan öz yarına,Yara bayram günləri.Bir sığal çək tellərinə,Dara bayram günləri.Mərifətli, məhəbbətli,Könül sevən gözəlin,Axtar ağlın, sədaqətin,Ara bayram günləri.

Qayğı çəksə, qeydə qalsa,Pozulmasa arada,Yar yarının təəssübün,Gərək verməsin yada.Həm sevsin, həm sevilsin,

Ad qazansın dünyada.Satılmasın şan-şöhrətə,Vara bayram günləri.

Ey Miskinli Aşıq Vəli,Doğru danış sən canın.Ayrılarmı məhəbbəti,Ürəkdəki saf qanın.Kamil olan bağ bəsləyər,Qədrin bilər insanın.Həsrət qoymaz sevdiyini,Bara bayram günləri.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq