Ey Gürcüstan torpağı, fəxr et ki, şahlar şahının oğlu,Dəniz və quru üzərində sürətlə və asan səyahət etmişdir.Üzərinə qədəm qoyub sənə yenidən həyat verdi,Hindistan ölkəsi bu gün sənin şöhrətinin həsrətini çəkir.O, indi şimaldan parlayıb zühur etdisə də,Sən, ona dünyanı bəsləyən parlaq günəş de!Şadlığa hazırlaş, hər cür qəmdən azad olKi, bu padşah nə Abbasdır, nə də Teymur Kurakandır.Misilsiz həzrətin iltifatından xoşbəxt olanAtasının vəliəhdi, padşahlar taxtının bəzəyidir.Onun iki adaşlarından bütün dünyanı təslim edən birincisiDünyada yunan xalqının çırağını işıqlandırdı.Onun parlamasının cəlalını artırdı, ona izzət yolu göstərdi,Nə qədər əqilli bir hakim, necə bir başçılar başçısı.Onun başqa adaşı olan mübarək qədəmli, yaxşı əməlli xaqan,Yevropa padşahlarını Napoleondan qurtardı.Öz məmləkətinə əmniyyət, öz işinə bəzək verdi.Onun adı Ənuşirəvanın adı kimi dünya durduqca yaşadı.Ona da o birisi kimi dünyanın adlı-sanlısı olmaq layiqdir,Çünki, Nikolayın Fileqosa qədər sonsuz fərq var,Bu da onun kimi şahlara minnət qoymağa layiqdir.Çünki, bu onun sarayından onun taxtına varisdir.Onun cəlalı üçün bu kifayətdir ki, taleinin humayıParlaq ayın və günəşin üzərində həmişəlik dövr edir.Ey Gürcüstan torpağı, indi səni bu mübarək üzlü,Dünyanın allahının əmri ilə bu gür şərəfləndirmişdir.Bu allah kölgəsinin kölgəsi altında mütləq qüdrət sahibininlütfü iləÇoxlu asayiş və şöhrətlər görəcəksən.Onun dövründə özün üçün bolluq illəri görəcəksən.Onun zamanında illər uzunu xoşbaxt olacaqsan.Sənin könül açan fəzan İrəm bağı olacaqdır.Rum və İran ölkələri həmişə sənin həsrətini çəkəcəklər,Gələcək haqqındakı bu falın həqiqiliyini öz gözümlə görürəm.Bunlar dövlətin rüknü olan Voronsovun barəsində sübutedilmişdir.Onun feyz və ehsan buludundan su içdiyi zamanda,Səxavət çiskini ilə parladığın kimi parlayacaqsan.Sənin cavanların mübarək gününü xatırlarkən,Təşəkkürlə öz can nəqdlərini xidmətində sərf edərlər.Şota Rustaveli və Bisryan xalqının oğulları,Ona gürcü şeirlərində tərif oxuyarlar,Onun dövlətinin həmişə qalmasının arzusu iləNəsimi kimi öz sözlərindən onun sarayına töhfələr yetirərlər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Həsən bəy

Bilmirəm, əvvəl sənə cavab yazım, ya kapitan Sultanova. Qoy əvvəl nasehanə bir neçə kəlmə ona yazıb, ürəyimi boşaldım, çünki çox qəflətdədir, ürəyimi darıxdırırdı. Sonra sənə cavab yazaram, məlum mətləbimiz xüsusunda.Mənim əzizim kapitan sultanov!

7 dəq
Həsən bəy

Fevralın üçüncü günündə və üçüncü nömrədə yazılan cavabı oxudum və külli-ilqa olunan sözlərə kamilən etiqad etdim. Gəl bir tədbir edək, əgər səlah görürsən, əvvələn, sən Bakı şəhərində ətfali-zükurə üçün kompaniya tərtib edib bir məktəbxana açmaqdan ötrü türki dilində bir müxtəsərcə proyekt, yəni tərhəndazlıq yaz. Saniyən, vilayətin mütəməvvillərindən və xalqın məzacında təsərrüfü olan əşxasdan on iki nəfər çay içməyə öz mənzilinə dəvət et. Axund Molla Cavad sədriməclisi-ruhani dəxi bu on iki nəfərin birisi olsun. Salisən proyektini olara oxu və ağlın kəsən dəlayildən məktəbxana açmağın vücubini olara təlqin elə və təklif et ki, hümmət göstərsinlər. Bir kompaniya tərtib etsinlər, necə ki, erməni camaatı tərtib edibdir və kompaniyanın əvvəlimci üzvləri bu on iki nəfər olsun. Sonra onlar başqa kəslərdən öz təvəssütləri ilə bu kompaniyaya üzvlər daxil etsinlər. Rabiən, gəl sən bir şəxsdən yüz manat təmənna etmə, əlli manat təmənna et ki, kompaniyaya versinlər. Və küll Bakı quberniyasından yüz nəfərin əvəzinə iki yüz nəfər siyahı et, hər birisi əlli manat versə, guya yüz nəfərin hər biri yüz manat verən kimidir. Sonra bu tədbirin nəticəsi hər nə olsa qəzetində yaz, elam et ki, mən dəxi oxuyum. Əgər Bakı əhli bir belə əməli-xeyrə iqdam etsə, sair şəhərlərdə məktəbxanaların açılmağını və kompaniyalar tərtib olunmağını yəqin bil, mən zamin.Vəkili-naməlumi-millət*

1 dəq
Həsən bəy

Hərgah sənin dövrübərində olan aşinalardan mənim Sultanova yazdığım məktubun basılmağını məsləhət görmüyələr, əlbəttə, onların sözlərinə qulaq asma, əlbəttə, bu məktubu bas ki, ondan gələcəkdə sənin muradınca yaxşı-yaxşı nəticələr vasil olacaqdır, yəqin elə ki, bu məktubda dini-islama toxunan əsla bir söz yoxdur. Hər kəs desə var, anlamır. Qoy, bizim millətimiz də bir az gözü açılıb fanatiklikdən çıxsın, bəlkə patryot olsun, onda hər nə etsən, baş dutar. Vəilla, madam ki, bizim millətimiz fanatiklik halındadır, hər bir əməli-xeyr üçün bizim səy və təlaşımız bihasildir və əgər bu məktub bir təbəqədə sığışmasa, qabaqdakı qəzetdə bir təbəqə kağaz artır ki, bu məktub bir dəfədə təmamən basılsın.15 fevral, sənə 1877*

1 dəq
Hacı Mötəmədüddövləyə

Nəvvabi-müstətab, əşrəf, əmcəd, alinəsəb fars əyalətinin fərmanfərması şahzadə Hacı Mötəmədüddövləyə ərz edirəm**Sizə nə dil ilə təşəkkür edəcəyimi bilmirəm. Nəvvabi-müstətabınız böyüklükdə iltifatınızı o dərəcəyə çatdırmışsınız ki, “Cami-Cəm” “Xülasətül-hesab” və “İngiliscə lüğət”dən ibarət özünüzə məxsus olan üç cild əsərinizi mənə hədiyyə göndərmişsiniz. Bu hədiyyənin müqabilində, mənim təşəkkür və minnətdarlıqdan başqa sizə təqdim edəcəyim bir şeyim yoxdur. Xudavəndi-aləm şahzadənin mübarək vücudunu əzizlik və xoşbəxtlik təxtində bərqərar etsin.

2 dəq

Başqa şairlərin şeirləri