Aşıq Teymurla Miskin Vəlinin deyişməsi
Teymur
Yazır gedişatdan, yeni həyatdan,
Təbi dalğalanıb dolanda Vəli.
Gözümdə canlanır böyük ustadlar,
Sazında nəğmələr çalanda Vəli.
Vəli
Bir təklif olanda, eşqə dolanda,
Girəndə məclisə meydana Teymur.
Şirin saz çalanda, səs ucalanda,
Baxdıqca xoş gəlir insana Teymur.
Teymur
Dolandın dünyanı hər yana baxdın,
Cavanlıq dövründən yazmaqdı vaxdın,
Göl kimi qaynayıb, sel kimi axdın,
Şən ellərdən ilham alanda Vəli.
Vəli
Xoş baharı, bağça-barı dər indi,
Gül-çiçəyi, gözəl çağı dər indi,
Düşündükcə bir mayağı dər indi,
Qüdrət işıq salır hər yana Teymur.
Teymur
Deyib-yazmağına yoxdur bəhana,
Ürəkdən bağlısan sən gövhər-kana,
Şairlikdə ad yayıbsan cahana,
Xalqın şadlığında olanda Vəli.
Vəli
Ləkə yoxdur vicdanında, qanında,
Ustadların cərgəsində, sanında,
Pələng pəncəsinə şir meydanında,
Cəngə cavab verir aslana Teymur.
Teymur
Mən Teymuram çox məclisdə oluram,
Ulu Qorqud qopuzunu çalıram.
Ürəkdən şad olub ilham alıram.
Şeirlərin mənə gələndə Vəli.
Vəli
Deyir nəsihəti çox gözəl yazır,
Həm kəsmə, həm təsnif, həm qəzəl yazır,
Divani, təcnisi mükəmməl yazır,
Səd qoyub səs salır cahana Teymur.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-asiq-teymurla-miskin-velinin-deyismesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
بسی گفتند از عیسی و مهدیمجرد شو تو هم عیسی عهدی
İqbalnamə, fəsil 41Müğənni, qəlb açan o sazın iləBu odlu dərdimə bir əlac eylə!
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.