Aşıx Məmməd

Aşıxlığın qaydasını bilməyən
Saz götürüb hər meydanda danışır.
Bir kamil ustaddan dərsin almayan
Heç utanmır arif yanda danışır.

Vəli

Aşıxlıq elmindən xəbərdaram mən
Saz götürüb hər meydanda gəzirəm.
Bir kamil ustaddan dərsim almışam.
Arif mənəm arif yanda gəzərəm.

Aşıx Məmməd

Dildə sümük yoxdur, deyir yalanı,
Mən bilirəm dərsi dərin olanı.
Meydan açır hər burya gələni
Kirmiş sazı vermir manda danışır.

Vəli

Heç kimsəyə tanıtmaynan özünü,
Arif yanda çaşdırmaynan sözünü,
Mötəbərsən, əldən vermə sazını.
Mərdanəyəm mərd devranda gəzirəm.

Aşıx Məmməd

Məmmədəm burada peyda olmuşam
Cümlə ustadları xofa salmışam.
Neçə aşıxların sazın almışam,
İndi mənlə bir çoban da danışır.

Vəli

Miskin Vəli neylər çoban deyərsən,
Bir söz desəm, ondan qorxu yeyərsən.
Acizyanə sazı yerə qoyarsan
Mən sərrafam gövhərkanda gəzirəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət