Burda mənəm deyən aşıq,Gəl girək meydana tez.Sözlər qoşaq, məna dərin,Başlayaq dastana tez.Məharətlə söhbət açaq,Eşidən əhsən desin,Elə yaxşı söz danışaq,Yayılsın hər yana tez.

Dəstində gəl zilə köklə,Sinəndə dindir sazı.Kəklik kimi qəhqəh çəkək,Verək bülbül avazı.Dəryaların, dənizlərin,Mənəm desəm qəvvası.Çəkinmə sən, hər ikimiz,Atılaq ümmana tez.

Miskinli Aşıq Vəliyəm,Güvənmədim vara mən.Ellər üçün aşıq oldum,İnsana, ilqara mən.Həmi qulam, həm qurbanam,Kamil ustadlara mən.

Yaxşılara mehribanam,Yamanam yamana tez.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri