Bəşər üçün həqiqəti,Qadiri-sübhan verir.Qüdrət verir, qüvvət verir,Laləzar əlvan verir.Canlı-cinli, insi-cinsi,Pünhan, aşkar hər nə var,Hava, həyat, nazü-nemət,Kim verir, hardan verir?

Kəşfi-kamil mənəm deyən,Diqqət yetir dünyada.Sirrin öyrən, aşkar eyləBax günəşə, bax aya.Səmadakı şən ulduzlar,Sayrışır, gəlmir saya.Deyən varmı kimsə onu,Hesablayıb san verir.

Ey Miskinli Aşıq Vəli,Nədir aldadan səni.Bir alandı, bir satandı,Tənəfdən asan səni.Ağzın açıb hədələyən,Edən bağrı qan səni.Bir tərəfdən can aparır,Bir tərəfdən can verir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri