Bir bağçadan bir gül üzmə,Bir ixtiyar olmasa.Əndamından ətir verən,Təzə nübar olmasa.İnanmasa, sınanmasa,Bir gözələ can demə,Bir məhəbbət, bir mərifət,Bir etibar olmasa.

İstəyirəm bir söz deyəm,Diqqət versən sən mənə.Sözə baxsan xeyrin olar,Yol göstərim mən sənə.Hər yetənə bel bağlama,Səni satar düşmənə.Əsil insan, saf sədaqət,Doğru ilqar olmasa.

Yaxşı eşit sən Vəlini,Aciz qalma arada.Kamil sənət sahibi ol,Baş endirmə hər yada.Ağır azar, acı ağrı,Yoxsulluqdu dünyada.Varı-dövlət, yaxşı övlad,Yaxşı da yar olmasa.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri