Bu dünyada heç olarmı?Mən tək bəxti qara bağlı.Gələn gedir, köç olarmı?Qışda qara, tara bağlı.

Mənə qəmdi gözəl çağlar,Yağı görsə yanar, ağlar,Sinəm üstə çarpaz dağlar,Ürəyimdə yara bağlı.

Qəm eyləmə, Vəli, bəsdi,Şirin cana etmə qəsdi,Ayrılıq səbrimi kəsdi,Yandım oda, nara bağlı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri