Aparır
Zalım əcəl necə qıyır,Hilal kimi can aparır.Körpələri ağlar qoyur,Halı pərişan aparır.
Düşünürəm öz-özümə,Qəmə qərq olan sözümə,Dünya qaralır gözümə,Dağları tufan aparır.
Hicran çalır öz surunu,Yandırı yaşı, qurunu,Anaların göz nurunu,Yaş axıdır, qan aparır.
Qəza tora saldı mərdi,Gəlməz səfərə göndərdi,Ataları oğul dərdi,Kababı giryan aparır.
Bax bu yola, et tamaşa,Heç bir kimsə çıxmır başa,Yelkəni toxunur daşa,Qayığı ümman aparır.
Vəli, ömür çatdı sona,Tez dəyişir dondan-dona,Ölüm ki, var yoxdur ona,Tapılmır dərman aparır.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-aparir-3
← → düymələri ilə keçid, R — təsadüfi şeir