Yarım mənə vədə verib,Gəlir boylana-boylana.Hərdən-hərdən yana durub,Gülür boylana-boylana.

Yardan götürməm gözümü,Yana tutmaram üzümü,Ürəkdə pünhan sözümü,Bilir boylana-boylana.

Görüb sevdi Aşıq Vəli,Ürkək gəzən tək gözəli,Yuyunur, tər nazik əliSilir boylana-boylana.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq