Sakit bir gecədir, səssiz-səmirsiz.Silinmiş aynası göyün tərtəmiz.Torpaqdan çəkilmiş odlar, alovlar,Nə tüfəng səsi var, nə top səsi var...Dirçəlir təbiət, canlanır həyat,Dincəlir yorulmuş qoca kainat...

Kürrələr dövr edir yenə nizamla,Ay yeri seyr edir bir ehtişamla.Yenə məşəlini yandırıb Ülkər,Yerlər o yerlərdir, göylər o göylər!..

Aləm öz yerində qaim olsa daBir şey çatışmayır yenə dünyada.Siz deyin, aləmdə çatmayan nədir,Neçin göyün qəlbi şanə-şanədir?Bəlkə bu hikmətin bir mənası var?!Göydə səf-səf oldu KarvanqıranlarOdur, Yeddi qardaş verdi baş-başa,Tərəzi ulduzlar dayandı qoşa.Müştəri, Zöhəli tez andı gəldi,Zöhrə öz yerinə dolandı gəldi.Bircə o gəlmədi, o gəlmədi, ah...Görən harda söndü Ülkərim, eyvah!..

Mənim dağdan böyük bir kədərim var,Nəmli gözlərimdə dondu intizar –Yel vurdu, gül qopdu öz budağındanKönlümün sarayı uçdu tağından.Müşküllər düzəldi, o düzəlmədi,İstəkli bir dostum getdi, gəlmədi...

Kürrələr dövr edir yenə nizamla,Ay yeri seyr edir bir ehtişamla.Yenə məşəlini yandırıb Ülkər,Yerlər o yerlərdir, göylər o göylər!..

Bakı, 22 yanvar, 1943

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri