Axşam, səhər seyrə çıxan, ay pəriGülüstanda gülüzarım var mənim!Gözüm yoxdur, gülşənində, gülündə,Öz bağçamda öz nigarım var mənim!

Hicranda hər günüm keçdi il kimi,Soldu rəngim xəzan vurmuş gül kimiSədaqətə sadiq oldum qul kimi,Etibara etibarım var mənim!

Əgər düşsə oylağıma güzarı,Silinməzmi bu könlümün qübarı?Gələr, deyə gecə-gündüz yollarıGözləyirəm, intizarım var mənim!

Saçlarına nə sığal ver, nə bəzən!Eşq oduna alışmaram bir də mən,Əhdi-peyman müqəddəsdir əzəldən.Düz əhdinə düz ilqarım var mənim.

Öz elində, öz obanda gəz, dolan!Bu yerlərdə nə qış, nə də yaz dolan!Az işvələn, az cilvələn, az dolan:Naz eyləmə, nazlı yarım var mənim!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq