Gəlmədi
Məndən cida düşdü tülək tərlanım,Hay vurdum, qıy vurdum yola gəlmədi.Kasıblıq başımı saldı aşağı,Əyilmiş qamətim bir düzəlmədi.
Çıxdım Dəvədaşa, baxdım dağlara –Al-əlvan geyinmiş göy yaylaqlara;De, Ağrı dağ hara, qocalıq hara?O heç alçalmadı, heç yüksəlmədi.
Kim bilir yaşım qoca dünyanın?Heyif, çox gödəkdir ömrü insanın...Dedim, yolu düşər bizim cananın,Dumanlı dağlara gələr, gəlmədi.
Kitabxana.az · https://kitabxana.az/works/osman-sarivelli-gelmedi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Məhəbbət
Mən ki bilməz idim nədir məhəbbət,Bu sirri sən mənə anlatmadınmı?
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
OluramUzaq yoldan gələn yarım,Yoluna qurban oluram,
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül