Nə bilsin
Qardaşım Qurbana
Bu yerlərdə, könül dostum, sinəmdəBir yaralı bülbül ağlar, nə bilsin?Buruq-buruq duman çıxır başımdan,Mən yanıram, qarlı dağlar nə bilsin?
Buz diləyir qızdırmadan üzülən...Qayaların arasından süzülən,Sədəfləri göy otlara düzülənSərin çaylar, buz bulaqlar nə bilsin?
Alınlardan puçur-puçur axır tər,Çay quruyur, quma çökür gəmilər;Bürkü vurur, külə dönür zəmilər –Döşü qarlı, göy yaylaqlar nə bilsin?
Öyrənmişəm hələ kiçik yaşımdaMən sirrini torpağın da, daşın da...Dəli çaylar gecə-gündüz başımdaGur şəlalə axıb çağlar nə bilsin?
Daha ömür baharıma qış düşür,Baş ağarır, bel bükülür, diş düşür.Neçin bizdən şux ceyranlar ürküşür?Keçən günlər, ötən çağlar nə bilsin?Soçi, Novaya Rivyera, 1954
Kitabxana.az · https://kitabxana.az/works/osman-sarivelli-ne-bilsin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Fürsət əldə ikən yaxşılıq eylə,Həmişə əlində ixtiyar olmaz.
Qəzəl: Yıxır viranəmi gərdun sanır kim xanimandır buYıxır viranəmi gərdun sanır kim xanimandır buNə bilsin kim qanatsız quşlar üçün aşiyandır bu
DolanırKönül quşu yenə havalanıbdı,Qalxıb ərş üzünə tağı dolanır.
Gülşəni-raz, fəsil 8اگر خواهی که بینی چشمهٔ خوُرتو را حاجت فتد با جرمِ دیگر