Gedir aram-aramöz qatarıylaGah susur, gah dinirgah uçur illər.Hardasa zınqırovsədalarıylaCahan karvanınaqovuşur illər.Gedir ləngər ilə,o asta-asta,Ardınca nə qədərnanəcib gedir.Yanır göy qurşağıkarvanın üstdə,Zərrin tac altındano keçib gedir.Gedir hardan, haçan,yollara çıxıb,Mavi üfüqlərəmehriban olur.Yerdə dərin-dərinaçılan cığır —Göylər sinəsindəkəhkəşan olur.Gedir, doğulduğumo uzaq gündən,Yolda çinar dururcərgələnərək.İstidə karvanınəsir üstündənXəzərin ətrinigətirən külək.Gedir, öz yolundandönən deyil o,Üfüqdə nur yanır,nur sönür bəzən.Onun qarşısındaqum təpəsi yox,Dəmir barmaqlıqlargörünür bəzən.Gedir, tufan qopubyellər əssə də,Durmayıb dünyadagedəcək yenə.Karvan sarbanınıitirərsə də,O məndən sonra dagedəcək yenə!

2 yanvar 2000

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri