Bir qız keçdi burdan,Keçdi, dayandı."Şıltaqdır" — dedilər, "dəli ceyrandır".Amma ki, hüsnünə hamı heyrandır.Bu günsə sahillər o qıza həsrət.Axşam gözlər yandı,gur şəfəqlərdən,"— O ulduz mənimdir" — dilləndi birdən:"Marsa qanad açıb uçacağam mən"...O, yoxdur, baxıram ulduza həsrət.

Mən Qütb ulduzunuGöstərdim bu vaxt:Tək o dəyişməyir yerini ancaq!Ona bənzəmişəm mən də yanaraq,Qışlar yaşamışam mən yaza həsrət.

Susmuş sözlərimiaçdım küləyə...Solan ağaclara, ulduzlu göyə.İndi tək baxaram — sənsizəm — deyə,Çöküb qəlbim kimi payıza həsrət.

Zuğulba, sentyabr 1998

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri