Ləpirlərim batdı quma,İllər dolandı boynumaZəncir kimi halqa-halqa.

Qara tufan,Əsdi yaman,Arzularım ümman-ümman,Ümidlərim dalğa-dalğa.

Dünənimdən gəlir səslər,Anam deyən ulu sözlərQulağımda sırğa-sırğa.

Ağlatdı ah, aman məni,Dözəcəyəm, zaman, məni,Nehrə kimi çalxa-çalxa!

Məgər ömrüm getdi heçə?Mən ölmərəm, əgər bircəSözüm qalsa xalqa, xalqa!

22 avqust 1999

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri