İnsan yalan ilə üzbəüz çıxır,İndi bal toplamaq nə qədər asan!Çiçəklər darıxır, güllər darıxır,Arılar bal çəkir şəkər tozundan.

Məyər zəhmətilə bal dadır insan?Nə üçün insanı aldadır insan?

İnsan ürəyini harama versə,Mütləq tez görəcək ömrün yasını.İnsan təbiətə qəsd eləyirsə,Təbiət alacaq öz qisasını.

Alacaq,Alacaq...necə alacaq?İnsanı bəlaya, dərdə salacaq.

Biz də arılarıq, gülsüz, çiçəksiz,Vədlər şəkərini kim bizə verdi?Bal yox, acı-acı dərd çəkirik biz,Doğma torpaq dərdi, el-oba dərdi!

Görən kim deyər ki, bal dadır həyat,Bizi yalanlarla aldadır həyat!

Dövran öz qəlbini harama versə,Solmuş görəcəkdir ömür yazını.Zəmanə insana qəsd eləyirsə,İnsan da alacaq öz qisasını.

Alacaq,Alacaq...necə alacaq?Yalanı, riyanı taxtdan salacaq!27-28 aprel 1996

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri