Yaz günü — novruz günü
Bu gün, yaşıd olur gündüzlə gecə,Dağa duman çöküb, çən yeridikcə,Dərin dərələrdə sel daşan gündür.Uca zirvələrdəQar əridikcə,Damlalar dəryaya qarışan gündür.Bu gün yerin, göyün öz sevinci var,Gözünü açdıqca günəşli bahar,Gözlər şəfəqlərdən qamaşan gündür,Uzaq üfüqdəki soyuq ulduzlarBu gün isti-isti sayrışan gündür.
Gəlin, salamlayaq doğma baharı.Ana yurdumuzunAna qolları.Baharın boynuna sarışan gündür.Odlar torpağının gur tonqallarıYerin ürəyitək alışan gündür.
Çaylar arzu kimi aşıb-daşanda,Həsrətli torpaqla yaz qovuşanda,Yer göyə,Göy yerəYaraşan gündür.Təbiət sevgidən söhbət açanda,Küsmüş sevgililər barışan gündür.Durnalar vətənə dönür qürbətdən,Üfüqlərin donu mavi xələtdən,Köksündə günəşiZər nişan gündür.Bu gündən, sabahdan, əbədiyyətdənMehriban-mehriban danışan gündür.
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-yaz-gunu-novruz-gunu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Dəryada bir mayak yanır,Gəmilərə yol göstərir işığıyla.
Gül kimi yüzüm əgərçi, şadü xəndandur mənümGül kimi yüzüm əgərçi, şadü xəndandur mənüm,Lalə tək bağrımda hər yan daği-pinhandur mənüm.
BayatılarMən aşiqəm, Qarabağ,Şəki, Şirvan, Qarabağ.
DağlarYenə sizi gördüm, könül tərlanıVətən dağlarına uçdu, a dağlar.