Məni düşündürürBu qəribə sirr.Min zəhmət çəksə də insan qış, bahar,Hər əkilən toxum nədənsə bitmir,Bitir göbələk tək qumarxanalar.

Pul sanki ciblərdənAxan bir sudur.O, adi su deyil, bəlkə ümmandır?Oynayan çox vaxtı milyonlar udur,Çox vaxtı uduzan oynamayandır.

Axı, uduzanın nə vecinədir,Məgər pullar onun cibindən gedir?

Tanrı, qoru bizi belələrindən,De, hanı torpağa,Yurda sədaqət?Oynayan rahatca qalxır yerindən,Udsa özü udur,Uduzsa millət!

Sanki günəş qatı çənə bürünüb,Bəşər bəlaları ürək qanadır.Bəlkə siyasət də qumara dönüb,Bəlkə dünya özü qumarxanadır?

12 oktyabr 1997

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən