Asiman altında, torpaq üstündə
Qalın buludlardançıxdı dağ, qaya,Əridi duman datorpaq üstündə.Bir insan arzusugəldi dünyaya,Asiman altında,Torpaq üstündə.O necə nəğməydiaxdı cahana,İlk layla dillənditorpaq üstündə;Yer idi, göy idi, —günəşdi ana,İnsan "ana" dedi —torpaq üstündə.Parladı yolundalalə-çıraqlar,İnsan baxdı yenətorpaq üstündə.Qayadan qaynayanşəffaf bulaqlar,Hopdu ürəyinətorpaq üstündə.Burda öz sözününəğməylə deyər,Qəlbləri aç, dindir, —torpaq üstündə.Mavi göylərəsəQoyma, göz dəyər —Göylər şüşədəndirTorpaq üstündə."Mən gələndə göy idi,Qarabağın söyüdü".
Mənim torpağımdır —Mənim torpağım.İnsan sönməz nurdurtorpaq üstündə.— Qara bağlamasınQoy Qarabağım,Qürurla o durdutorpaq üstündə.Vətən taleyiniyazırdı İnsan,Torpaqdı var-yoxutorpaq üstündə.Hər gün ölümə dəhazırdı İnsan,Bir gün doğulduğutorpaq üstündə.Bəşər addımıylayol alıb gedir,Tarix də, zaman datorpaq üstündə.Vətən insanlığınilk taleyidirAsiman altında,torpaq üstündə.
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-asiman-altinda-torpaq-ustunde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Xaru xəstək, sədəf içrə gövhər olmaqdan isə,Nökər ol aləmə kim, taci-sər olmaqdan isə.
Bürcü-bürcüAraz axar bircə-bircə,Ölər diricə-diricə,
AğlayıbBir cavan ölübdü qürbət diyarda,Vətənin torpağı, daşı ağlayıb.
Nazim HikmətəBizi tanış etdilər gözəl bir yaz axşamı,Sevincimdən titrədi dodağım yarpaq kimi.