Yaman uzunçuluq dəb düşüb, yaman,Aman uzunçuluq əlindən, aman.

Səs düşdü sözlərinkarvan köçünə,Fikri insanların ürəyi dedi.Kim uzun danışdı,demədi heç nə,Kim qısa danışdıhər şeyi dedi.

Səddi var hörmətin,ehtiramın da,Məntiq uzun sözünən qısasıdır.Qurtara bilməsənsöz tamamındaUzunçuluq beyninilk qisasıdır!

Uludur göy sirri, yer həqiqəti,Qoy məntiq cövhəri düşməsin artıq.Gəlin biz dərk edək bir həqiqəti,Danışan yazıqdır,dinləyən yazıq!

Bəşər söz dalıncaqalxar dik dağaQoruyar səbrini, məhəbbətini,Kim ki, varıb gedəruzunçuluğaTapdayar insanlıq ləyaqətini.

Deyiblər duz gərək dadınca olsun!Biz deyək söz gərək dadınca olsun!

Səs düşdü sözlərinkarvan köçünə,Fikri insanlarınürəyi dedi.Kim uzun danışdı,demədi heç nə,Kim qısa danışdı,hər şeyi dedi.

30 dekabr 2000

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri