O sanki günəşlə əldi cahana,Döndü yelpazəyə zərrin qanadı.Muncuq gözlərilə baxdı dörd yana,Sirli möcüzəyə baxdı, doymadı.Səma gəl-gəl dedi mavi göl kimi,Sanki süzüb göyə indi çatacaq.Qondu güldən-gülə, özü gül kimi.Bir kəpənək gördü zərli, yaşıl, ağ.Titrədi, dayandı, bu necə sirdi,Qanadlar elə bil gəl-gəl deyirdi.Yer özü sevgiyə bğlıdır göyə,Torpağa doğmadır gül-çiçək eşqi,İlahi nəğmə tək axdı ürəyə,Kəpənək dilində kəpənək eşqi."Nə incə xallar var gör sevgilimdə,Mənim övladlarım xoşbəxt olacaq!Tanrı, yalvarıram, mənim nəslim də,Ona oxşayaydı zərli, yaşıl, ağ"...Coşdu sevənlərin azadə rəqsi,Həm görüş rəqsiydi, həm vida rəqsi,Birdən yağdı yağış, titrəşdi kollar,Elə yağış yağdı yer-göy qovuşdu.Çırpındı vücudu, töküldü xallar,İslanmış qanadla o, hara uçdu?Göz-gözü görmədi qatı buluddan,Qısa bir ömrə də tez gəldi əcəl.Nallı bir çəkmənin təpiyi altda.Qovuşdu torpağa vaxtından əvvəl.Yuxu tək gəldi o, yuxu tək getdi,Ömürmü yaşadı fani dünyada?Bir gün də onunçün əbədiyyətdi,Yarımçıq qırıldı, əfsus ki, o da.Onun qızıl nəsli, onun ağ nəsliHəyatın qoynunda qaldı sirr kimi.

Sabah qanadlanıb, uçacaq nəsli,Boy atır çəməndə bu gün zər kimi.Həyatdır, ey İnsan, qəm eyləmə sən,Səbrin gözləriylə bax, göyə, yerə....Sənə əbədiyyət vəd edilərkənO nallı çəkməni gətir xatirə.

4 noyabr 1989

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq