Aşdı bir zirvəniTəzə il bu gün,Dağlar da insanlaUcalır göyə.Dağ sənə söykənirElə bil bu günMənsə dağ gəzirəmSöykənim — deyə!Ürək nələr umarNurlu səhərdən?Sən Aysan,Mən isəSolğun haləyəm.Gur çaysan,AxırsanGöy dərələrdən,Mən isə quruyanBir şəlaləyəm!Sənsən dan yerindəParlayan atəş,Mən isə, qürubaƏyilən günəş!Dözərəm, üstüməGöylər ensə də,Döndüm ovu itmişSəyyada, əfsus!Sənə qəlbim mənimTez isinsə dəƏfsus, gec görüşdükDunyada, əfsus!Bəlkə nişanəsənSon məhəbbətdən,Bəlkə də müjdəsənƏbədiyyətdən!?1 yanvar 1998

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri