Yalnız silahdamı dünyada qüvvət?Ədalət səbrlə atır addımı.Süngülər üstündə dayanan dövlət —Elə süngülərlə yıxılmadımı?

Xəyanət deyilmi ən çirkin əməl?El çəkir lənətlə satqın adını.Təriflər üstündə yüksələn heykəl —Elə təriflərlə uçulmadımı?

Həqiqi sədaqət tutulmaz ucuz,Sevgi də intiqam alar mərd kimi.Alqışlar üstündə ucalan nüfuz —Sonra qarğışlara çevrilmədimi?

Duydu hökmdarlar sənəti məyər?Nə oldu ilk andı, son etimadı?Dövlət də, millət də mənəm — deyənlər.Xalqın mənliyini necə tapdadı?

Biz başa vururuq böyük bir əsri,Tale sehirli bir gələcəkmidir?Tarix dünən verdi bizə bu dərsiSabah da bu dərsi verəcəkmidir?

16-17 iyun 1996

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən