— İnsanın yaxşısı, ya pisi kimdir?— Sadəliklə olur ilahi insan!— Dünyanın ən böyük dahisi kimdir?— Ən adi insandır — ən dahi insan!

— Söylə, yer üzünün vüqarı kimdir?— İnsana sitayiş kimdə varsa, o!— Dünyanın ən böyük şairi kimdir?— Yazmaq yox, pozmağı kim bacarsa, o!

— Həyatda əbədi əzəli kimdir?— Kim hörmət qazanır özü özünə.— Dünyanın ən böyük aqili kimdir?— Kim cavab vermirsə cahil sözünə!

— Rütbənin, şöhrətin ilk qulu kimdir?— Kim ki, vəzifəyə daim baş əyir!— Dünyanın ən böyük yoxsulu kimdir?— Kim ki, milyon üstdə əsib titrəyir!

— Mən yuxu görmüşəm, yozan bəs kimdir?— O deyir: Bir ömrün bitməyib yolu!— O zaman bu şeri yazan bəs kimdir?— Böyük bir Vətənin kiçik bir oğlu!

19-20 may 1996

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri