Şəklinə baxıram
Mərhum ömür yoldaşım Gülarə üçün
Sən getdin cahanınDərdli çağında.Bir çaya döndüm ki, sısqa axıram....Sənsiz bir otağın tənhalığındaŞəklinə baxıram...Yenə baxıram.
Əsir pəncərədənYel incə-incə,Sanki isti nəfəs üzümə dəyir.— Gecən xeyrə qalsın — söylərəm gecə,Səhər də söylərəm: sabahın xeyir!
Ürəyim narahat,Qulağım səsdəDövrün haqsızlığı titrədir məni.Çevrilib mələyə başımın üstdə,Ruhun gecə-gündüz hifz edir məni.
Axı, səninlədir hər anım mənim,Sən mənim nisgilim, pərişanımsan.Gündüz şəkillərdə susanım mənim,Gecə yuxularda danışanımsan;— Ay Nəbi, özündən muğayat ol sən,Bil, daha dünənki cavan deyilsən.— Əlbəttə, mən səni itirən gündən,Həyatım dəyişdi tamam kökündən.
Qar əskik olmayır doğma dağımdanBir gündə asılıb hər ayağımdan.Bəzən yersiz düşdük haya, haraya,Axı pis də gedir, yaxşı da qalmır.Sən məni qısqandın bütün dünyaya,İndi dünya məni heç saya salmır.Tanrım bağışlasın,Günah varsa da,Günah xoşbəxtlikdən pay alan deyil.— Gənclik günahları yuyularsa da,Qocalıq günahı yuyulan deyil!
Gec duydum həyatınMən sirlərini,Zaman pərişandır, ömür pərişan.Mən öz günahımın zəncirləriniÇoxdan parçalayıb, çoxdan qırmışam.
Səni yana-yana səsləyirəm ki,Eşitsin sözümü sevdiyim mələk.Dünyada o günü gözləyirəm ki,Gülarə adında nəvəm gələcək.
Şəklinə baxıram,Baxıram yenə,Sanıram çiynimə yumşaq əl dəyir.— Gecən xeyrə qalsın — deyirəm sənəSəhər deyəcəyəm:— Sabahın xeyir!
8 aprel 1995
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-sekline-baxiram
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Çəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
İnsanlar, ilanlarMin illərdir qərar tutub insan, bəşər,Dünya sonsuz, aləm, qədim…
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən