Nə oldu?Yuxudanoyandı birdən,Dünya qopmuşdumu öz məhvərindən?O baxdı, zər otaq səssiz-səmirsiz.(Yatmaqda çoxuna nümunəyik biz!Çox yatdıq, gül əkib tikanlar dərdik,Torpağı, qeyrəti güdaza verdik!)Yoxladı cibini,cibi bomboşdu"Bu qədər pullarım bəs hara uçdu?Görmədim belə dərdhaçandan bəri?"Yenə axdı onun sərxoş gözləri."Gördüyüm yuxu lap yarıda qaldı,Qoy yatım"...Yenə o, yuxuya daldı.Doldu zər otağa əcaib səslər,Yatdı, bir də dünya qopana qədər.

...Rəqs etdi kazino mələklərilə,Sonra milyon getdi oyun zərilə.Bir anda... Var-yoxuyellər apardı.Yay günü köksündə şaxtalı qardı.Ürəyi çırpınan bir quşdu, sankiDünya məhvərindən qopmuşdu, sanki.

O, bir də qalxmadı, əbədi yatdı.Şərəfsiz bir ömrün tez sonu çatdı.

Azğın həyatına dözmədi ürək!Ancaq səadətdi yuxuda ölmək?!

26 oktyabr 1996

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri