Səba yeli
Nə yanar kimsə mənə atəşi-dildən özgə,Nə açar kimsə qapım badi-səbadan qeyri.Füzuli
— Qapımı döydülər, "Buyurun" dedim,Səslədim, içəri gələn olmadı.Qapımı astaca bəs kim açdı, kim?Gözlədim, içəri gələn olmadı.
Xəfif səs eşitdim yanımda birdən,O səs haradansa mənə tanışdı.Dayandım, ayağım qopmadı yerdən,Sanki dilə gəlib kimsə danışdı:
"Kiçik damla" idim Kür çayında mən,Yazda buxarlanıb qalxdım dağlara.Yoruldum bu uzaq yollarda, bəzən,Qondum, dincəlməkçin, göy budaqlara.
Bir günsə qoşuldum səba yelinə,Elə bil Kür özü mənimlə gəldi.
Doğma şairimin uzaq elinə,Xalqın ürək sözü mənimlə gəldi.
Dinlədim... GözümdənKeçdi duman-çən,Çağladı könlümün eşqi, həvəsi.Dedim: “Səba yeli, sən xoş gəlmisən,Ey Odlar yurdunun sərin nəfəsi!”
Dilində Vətənin səsi, sorağı,Dağımı, daşımı dolaşdın mənim.Kədərli, qüssəli bu səhər çağı,Yaxşı ki, qapımı sən açdın mənim!Zülmət çulğalayıb həyat yolumu,Dünya acımayır ürək ağrıma.Gəl, gəl, geniş-geniş açım qolumu,Səni, səba yeli, basım bağrıma.
...Qəmləndim, sevindim, ağladım, güldümSüzüldü göz yaşım yanaqlarıma.Sanki Vətənimlə üz-üzə gəldim,Dəydi Kürün suyu dodaqlarıma.Səsləndi riqqətlə sinəmdə ürək,Sandım könül sözüm dünyaya çatdı.O gün səba yeli yorğun yolçutəkElə bil baş qoyub qəlbimdə yatdı.
...Füzuli danışdı,Füzuli susdu,Duydum nəfəsini ilk bahar kimi.O şerin, sənətin vüqarlı dostuÇəkildi, gözümdən xəyallar kimi.
O məni dindirdi şirin dil ilə,Sonra şəfəq olub o uçdu, getdi.
Elə bil gəlmişdi səba yeliylə,Səba yeliylə də sovuşdu getdi!
Baxdım... Sakit otaq...Yenə təkəm mən,Bəs niyə qəlbimdə atəş var indi?Kimsə yox... Amma ki, görüşümüzdənDurur bu şeirlər yadigar indi.
1958.
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-seba-yeli
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
چه مهر بود که بسرشت دوست در گل ماچه گنج بود که بنهاد یار در دل ما