Uzağa çəkilsinbizdən qan-qada,Sıxılıb ürəkdəqəzəbli yumruq.Nə qədər yalan var,yalan dünyadaZəhərli olsa da,yeyib uduruq.Bahar da görünürbizə qış kimiHaçandan minmişikriya atına?Yalan yumşaq-yumşaqbir balış kimi,Qoyulur millətinbaşı altına.Qəlb yatır, vicdanlarmürgüləyəndə,Məgər vicdanın dayalanı varmı?Üzlər qızarırdıyalan deyəndəNiyə utanan yox,üz də qızarmır!Yalan görək haçantalan olacaq?Onda yalan özüyalan olacaq!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri