Dünən necə görüşdü?Ürəyə çınqa düşdü.O mehriban gülüşdü,Yoxsa ilahi paydı?Dünən — bu gün olaydı!

İsindim nur selindən,Öpdüm zərif telindən.Tutdum günəş əlindənBu günəş, yoxsa aydı,Dünən — bu gün olaydı!

Nə gündüz, nə gecəydi,Göylər yerlərə dəydi.Bu necə möcüzəydi?Evim nurlu saraydı,Dünən — bu gün olaydı!

Qəlbdən nəğmə yüksəlsin,Ah-amanlar kəsilsin.Elə bir sabah gəlsinDeyim dünənə taydır.Dünən — sabah olaydı!

15 aprel 1996

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri