İnsanlar ümid — deyəbirdən çıxır üz-üzə,Sevgi vadilərində.Ömrə zülmət də çökür —can atarkən gündüzə,Sevgi vadilərində.Çəmən içir günəşiqanlı piyalələrlə,Qayalardır ağlayanbüllur şəlalələrlə,Sevgi vadilərində.Əlvan-əlvan nur saçanətirli güllər bitir,Bal çiçəklər içindəzəhərli güllər bitir.Sevgi vadilərində.Həqiqətlə yanaşısəslənir ağ yalan da,Çıxır sənin qarşınahaça dilli ilan da.Sevgi vadilərində.Dərdli-dərdli iz salır,müqəddəs yola insan,Vüsala yetməsə dəyetir kamala insan,Sevgi vadilərində.Sehirli yol necə dəsevimli möcüzədir,Sonu sonsuz mavilik,sonu uca zirvədir,Sevgi vadilərində.

15-22 may 1994

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar