Bu gün heç bilmirəmNə üçün, nədən,Səma da mavidir,Torpaq da mavi.Görürəm dünyanı başqa rəngdə mən,Ağac da mavidir,Yarpaq da mavi.

Əsir haradansa sərin küləklər,Dağdan mavi-mavi duman sürünür.Mavi kəpənəklər, mavi çiçəklər,Mavi çəmənlər də qəşəng görünür.

Sulara yel dəyir, sular titrəyir,Yerin də mənimtək böyük sirri var.Sanki əfsanəvi nəğmələr deyirMavi sahillərə mavi dalğalar.

Rəngi bambaşqadır çölün, düzün də,Mavi şəfəqlərdir çilənən yerə.Uçur göy üzündə bu mavi gündə,Mavi təyyarələr maviliklərə.Mən bəlkə bilirəmNə üçün, nədən,Dünyanın gündüzü maviləşibdir?Bəlkə də sən mavi geyindiyindənYer üzü, göy üzüMaviləşibdir.

Elə bil sənintək bəzənib aləm,Səma da, torpaq da,Sanki mavidir!Bəlkə xoşbəxtlərin xoşbəxti mənəm,Bəlkə səadətin rəngi mavidir?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri