Ulduzlar göylərdəYanan çıraqmı?Kimsəyə sirriniGöylər açmadı.Günəşin haləsiQızıllı tağmı?Sevənlərə ümid verənulduzları barışmadı.

Ulduzlar səmadaÇanaq-çanaqdı,Fəqət üfüqlərdənZülmət qaçmadı.Bahar yerdən uçubDağlara qalxdıMəhəbbətə yol göstərənulduzları barışmadı!

Kəhkəşan nurunuKarvana düzdü,Vadidə şəfəqlərSeli daşmadı.Səma yerdən küsdü,Yer göydən küsdü;Doğmaydılar bəlkə qəlbən —ulduzları barışmadı!

Arzular ucadır,Arzular sonsuz.Ümidlər Günəş təkÜfüq aşmadı!Ulduzlar taledir,Talelər ulduz;Sevənlərin neçin görənulduzları barışmadı?23-25 aprel 1999

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri