Keçdik əsrlərdənsədaqət — deyə,Səadət axtardıq əli çıraqlı.Həm yerə bağlandıq,Həm də ki, göyə,Həqiqət axtardıq əli çıraqlı.

Nə qədər sirlidirYolları ömrünİnsan dağlar aşır əli çıraqlı.Necə Ay Gün üçün,Gün də Ay üçünÜfüqlər dolaşır əli çıraqlı!

Qəmlərə məhkumsanTənha qalınca,Olurmu kədər də əli çıraqlı!Əsl məhəbbətinGedir dalınca,Əsl sevənlər də əli çıraqlı.

Milyon suallaraBir cavab gəlir,Cavab gəz, suala əli çıraqlı.Tək əli çıraqsız dərd, əzab gəlirSən onu qarşıla əli çıraqlı!

Durur zirvələrinQarı saçımda,Göylərə varıram əli çıraqlı.Olumla ölümünYol ayrıcındaBir dost axtarıram əli çıraqlı!

Çiynimdə əzablarAğır bir qayaArxamda dərdlə qəm əli çıraqlı.Mən əli çıraqlıGəldim dünyaya.Dünyadan gedərəm əli çıraqlı!

16-17 noyabr 1997

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri