Şeir nədir mənimçün?
Dağlar tək ucadır, ümman tək dərin,O, mənə qanaddır, mənə inamdır!Sehirli səsidir o göyün, yerin,Bir adı ölməzlik, biri ilhamdır!Ondadır nidası qərinələrinCahana "əlvida", xalqa "salam"dır!Doğma qardaşıdır əzmin, hünərin,Şeir basılmayan məğrur qalamdır!Şöləsi olsa da neçə min sirrin,Şeirsiz günlərim zülmət axşamdır!Alnımda şırımı mirvari tərin,Ömrüm də şeirlə əriyən şamdır!Hicranı acıdır, əzabı şirin,Şeir mənim balam, mənim bəlamdır!Balamdır, qalamdır, bir də inamdır!
1-7 dekabr 1996
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-seir-nedir-menimcun
← → düymələri ilə keçid, R — təsadüfi şeir