Bağlanıb pul kisəsinə,Kimlər düşüb tələsinə?Gələr aqil məclisinəMeydan sulaya-sulaya.

Yaxşı bilər hesabını,Özü yazar kitabını.Böyüklərin yal qabını,Silər yalaya-yalaya.

Ona rüşvət qapı açdı,Harda aşdı, orda başdı.Sərvət başdan aşdı-daşdı,Xalqı talaya-talaya.

Yoxsullara dərsə durar,Zənginlərlə bəhsə durar.Rütbəlilər görsə durar,Quyruq bulaya-bulaya.

Həris insan,Bir an dayan!Bəlkə yuxudasan, oyan!Ulu sözünə baxmayanQalar ulaya-ulaya.

31 mart 1996

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri